LABORATORİYALAR
Təbiət elmləri laboratoriyası
Ekologiya bölməsi canlılara və onların təbiətlə əlaqəsinə yönəlib. Şagirdlər bitkilər, göbələklər və heyvanlar aləmindən müxtəlif canlıları mikroskop altında araşdırır və öyrəndikləri əyləncəli fəaliyyətləri məhsula çevirirlər. Bu laboratoriyada toxumlar, çiçəklər, göbələklər, quşlar, həşəratlar, təbiətdəki dövrlər, qayalar və permakultura kimi anlayışlar araşdırılır. Bundan əlavə müəyyən günlərdə təbiət müşahidələri və təbiətə səyahətlər edilir. İnsan biologiyası bölməsi insan fiziologiyasına və anatomiyasına yönəlib. Bu laboratoriyada hüceyrələr, toxumalar, orqanlar, endokrin sistem, qan dövranı sistemi, həzm sistemi, sinir sistemi, genetika, hiss orqanları, tibbi texnologiyalar kimi müşahidə və fəaliyyətə əsaslanan təlimlər verilir. Kimya bölməsi şagirdlərin maddələri və onların xassələrini müxtəlif üsullarla kəşf etməyi öyrənməsinə yönəlib. Bu laboratoriyada təcrübələr maddələrin xüsusiyyətləri, atomların, molekulların, kristalların xüsusiyyətləri və kimyəvi reaksiyalar üzərində aparılır. Bundan əlavə şagirdlər ətir, diş pastası və krem hazırlanmasında iştirak edir və öz məhsullarını hazırlayırlar. Fizika bölməsi şagirdləri müxtəlif təcrübələr apararaq yaşadığımız kainatın necə işlədiyi haqqında düşünməyə və hər gün ətraflarında gördükləri hadisələrin səbəbini sorğulamağı öyrətməyə yönəlib. Bu laboratoriyada təcrübələr güc, enerji, hərəkət, dalğalar, optika, elektrik və maqnetizm sahələri üzrə aparılır.
Laboratoriya mövzuları
Güc-enerji əlaqəsi
Təbiətdə mexanizm
Bakteriyaları tanıyaq
Əczaçılıq
İstiqaməti tapma
Təbiət müşahidələri
Bədənimizlə tanış olaq
Evimizdəki kimya
Canlılar arasındakı əlaqələr
Atomlar və molekullar
Təzyiq təsirləri
Batma-üzmə hadisəsi