Haqqımızda

“Bilim Azərbaycan” layihəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış Protokola əsasən yaradılıb.

6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarının inkişafına yönələn layihənin məqsədi şagirdlərə məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.
Haqqımızda Yaranma tarixi "Bilim Azərbaycan" layihəsi

İlk dəfə 28 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin "Nobel" mükafatçısı Əziz Sancarın iştirakı ilə "Bilim Bakı" mərkəzinin açılışı baş tutub. Mərkəzin fəaliyyəti ümumtəhsil mərkəzlərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönəlib. Mərkəzdə hər biri 20 şagird tutumlu 6 laboratoriya fəaliyyət göstərir. Burada 4, 5, 6 və 7-ci sinfi bitirən şagirdlərin iştirakı ilə həyata keçirilən “Deneyap” proqramı erkən yaşlarda innovasiya və texnologiyalara maraq oyatmaqla gələcəyin mühəndislərinin, elm adamlarının və innovativ sahibkarların yetişməsinə dəstək verir. Proqram çərçivəsində 11 fərqli mövzuda texnologiya və layihələrin inkişafına əsaslanan təlimlər keçən şagirdlər təlim proqramı sonunda komanda şəklində layihə inkişaf etdirərək onu nümayiş etdirirlər. 2 ildən bir keçirilən və 3 il müddətində davam edən proqram 80 şagird üçün nəzərdə tutulub.

NİYƏ SEVİLİRİK?

ELM VƏ İNNOVASİYANI DƏSTƏKLƏYİRİK!

5 Şəhərdə

2018-ci ildə T3 Fondu təşəbbüsü ilə yaradılan "Bilim" mərkəzləri qısa zaman ərzində uşaqlar və gənclər başda olmaqla, cəmiyyətin bütün təbəqələrini qeyd olunan sahələrdə maarifləndirməklə böyük marağa səbəb olub. Layihə Türkiyənin İstanbul, Ankara, Qaziantəp, Ərzurum şəhərlərində, Türkiyədən kənarda isə ilk dəfə Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərir.

11Mərkəzdə

Gələcəyin mühəndislərinə, elm adamlarına və innovativ sahibkarların yetişməsinə dəstək verən "Bilim" mərkəzləri artıq Türkiyədə Bilim Üsküdar, Bilim Fatih, Bilim Beyoğlu, Bilim Zeytinburnu, Bilim Gaziosmanpaşa, Bilim Pursaklar, Bilim Erzurum, Bilim Gazientep, Bilim Şahinbey, Bilim Şehitkamil, Türkiyədən kənarda isə ilk dəfə "Bilim Azərbaycan" kimi davam edir.

700+Təlimlər

Laboratoriyalarda müxtəlif tədris modellərinə sahib təlimçilər tərəfindən hazırlanmış fərqli mövzularda sahəvi təlimlər keçirilir. Təlimlər zamanı təşkil olunan oyunlar şagirdlərin dərsə marağını artırmaqla yanaşı, dünyagörüşlərinin genişlənməsinə, mənimsəmə bacarıqlarının artmasına, komanda ruhunun formalaşmasına, təcrübi fəaliyyət üçün zəruri olan bacarıq və vərdişlərinin inkişafına kömək edir.

Vizyonumuz

Gələcəyimizin təminatı olan uşaqlara elm, texnologiya və riyaziyyat sahələrini sevdirərək gələcəyin mühəndislərini və alimlərini yetişdirməkdir. Uşaqları və gəncləri erkən yaşlarından elm və texnologiyanın mümkün qədər müxtəlif məzmunları ilə tanış edərək daha maraqlı və bacarıqlı olduqları sahələri tanımalarına dəstək olmaq və gələcəkdə bu sahələrdə daha asan istiqamətlənmələri üçün düzgün yol göstərməkdir.

Missiyamız

Təkbaşına öyrənə, komandada işləyə bilən, yaradıcı və tənqidi düşünmə bacarıqlarına malik qabaqcıl nəsil yaratmaq üçün təlim məzmunlarını inkişaf etdirməkdir. Bu çərçivədə, şagirdlərə fərqli sahələri tanıtmaq üçün müsahibələr, təlimlər, konfranslar, elm festivalları kimi müxtəlif tədbirlər təşkil edərək elm və texnologiya sahəsində məlumatlılığı artırmaqdır.